reklam
Fransa millisinin keçmiş üzvü
Sportfm.az xəbər saytı

Fransa millisinin keçmiş üzvü "Araz-Naxçıvan"da -Transfer


“Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirib.
Sportfm.az xəbər verir ki, Naxçıvan təmsilçisi Aksel Nqando ilə anlaşıb. Fransa vətəndaşı olan Nqando artıq Bakıdadır.Tibbi müayinədən keçən futbolçu ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

30 yaşlı hücumameyilli yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. O, “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztepe”sində də oynayıb. Yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub.

Qeyd edək ki, "Araz-Naxçıvan" indiyədək Vanderson Kavalkante Melo, Nuno Miguel Rodriguesi, Semir Bukviç, Turan Manafov ("Səbail"dən icarəyə götürülüb), Nihat Qurbanlı ("Səbail"dən icarəyə götürülüb), Nicat Süleymanov ("Kəpəz"dən icarəyə götürülüb), Elçin Mustafayev ("Şamaxı"dan icarəyə götürülüb), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Numan Kurdiç, Zamiq Əliyev, Muhammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike və Kristian Avramı da transfer edib.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” 13 futbolçu ilə yollarını ayırdı
Moldova millisinin üzvü "Araz-Naxçıvan"da - Transfer
“Dinamo”nun sabiq futbolçusu “Araz-Naxçıvan”da - TRANSFER
"Araz-Naxçıvan"da legioner futbolçu - TRANSFER
Bölgə komandasında 11 yeni müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər