reklam
Yeni oyunçunun transfer detalları açıqlandı
Sportfm.az xəbər saytı

Yeni oyunçunun transfer detalları açıqlandı


Argentinalı futbolçu Lukas Melanonun “Neftçi”yə keçidinin detalları açıqlanıb.
Sportfm.az xəbər verir ki, Bakı klubu Argentina təmsilçisi “Sarmiento”ya transfer müqabilində təzminat ödəyib.

Buenos-Ayres klubu 30 yaşlı hücumçu ilə sözləşməyə xitam verməyin qarşılığında 50 min dollar qazanc əldə edib.

Lukas Melano yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək, daha sonra rəsmi müqaviləyə qol çəkəcək.

Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan hücumçu Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. O, 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub.

Melano 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

Oxşar xəbərlər

"Neftçi" millimizin üzvünü transfer etdi
"Sabah"da yeni futbolçu - 2+1 illik müqavilə
“Neftçi”də argentinalı futbolçu - TRANSFER
"Neftçi" Türkiyədən hücumçu transfer etdi
“Neftçi”dən daha bir transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər