reklam
“Neftçi”də argentinalı futbolçu -
Sportfm.az xəbər saytı

“Neftçi”də argentinalı futbolçu -TRANSFER


“Neftçi” heyətini heyətini yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, argentinalı Lukas Melano ilə müqavilə bağlanıb.

30 yaşlı forvard yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək. Bildirilib ki, daha sonra müqavilənin detalları haqqında ətraflı məlumat paylaşılacaq.

Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-ın “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. Futbolçu 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

Oxşar xəbərlər

"Neftçi" millimizin üzvünü transfer etdi
"Sabah"da yeni futbolçu - 2+1 illik müqavilə
Yeni oyunçunun transfer detalları açıqlandı
“Neftçi”dən daha bir transfer
Ruslan Qurbanov "Qəbələ"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər