Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın oyunçusu “Bavariya”ya qol vurdu
Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XXVI turun oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Ayntraxt”ın U-19 komandası "Bavariya”lı həmyaşıdları ilə qarşılaşıblar.
Artıq çempionluğu təmin etmiş münhenlilərlə oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan Dadaşov 34-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb.
Qeyd edək ki, 26 oyundan sonra aktivində 36 xal olan frankfurtlular turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Renat qələbə qolunu vurdu
Dadaşov oynadı, komandası uduzdu - İsveçrə çempionatı
Murad "Ayntraxt"a 78 dəqiqə kömək etdi
Araz Abdullayevin fəallığı komandasına qələbə qazandırdı
Nazarovun qolu "Aue"ni xilas etmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası