reklam
Araz Abdullayevin fəallığı komandasına qələbə qazandırdı
Sportfm.az xəbər saytı

Araz Abdullayevin fəallığı komandasına qələbə qazandırdı


Kiprin I Divizionunda XIX tura start verilib.

Sportfm.az xəbər verir ki, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

Famaqusta təmsilçisi doğma meydanda AEK-lə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Araz matça start heyətində başlayıb və 90-cı dəqiqədə əvəzlənib. O sarı vərəqə almaqla yanaşı, qarşılaşmadakı qolların yaranmasında da fəal iştirak edib.

Qeyd edək ki, 19 oyundan sonra aktivində 40 xal olan “Anortosis” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

O oynasa da, komandası uduzdu
Araz Abdullayev yenidən əsas heyətdə - FOTO
Araz Abdullayevin komandası 3 qola sevindi - VİDEO
Araz oynadı, komandası lider oldu
Araz Abdullayev üçün 90 dəqiqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər