Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" qızıl dubl etdi
Bu gün Azərbaycan kubokunda 2016/2017 mövsümünün final oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, həlledici görüşdə "Qarabağ”la "Qəbələ” üz-üzə gəlib.
Kubokun final qarşılaşması ilk dəfə olaraq Naxçıvanda oynanılıb.
Ardıcıl 4 ildir ölkə çempionu olan "Qarabağ” "qızıl dubl” edib. Qurban Qurbanovun komandası "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edərək ölkə kubokunu qazanıb.
"Qarabağ" Azərbaycan futbolunda yeni tarix yazıb. Belə ki, heç bir klub indiyədək nə ardıcıl üç dəfə ölkə kubokunu qazanıb, nə də üç mövsüm "qızıl dubl” edib.
5 may
Azərbaycan kuboku
Final
16:00 "Qarabağ” – "Qəbələ” 2 - 0
Qollar: Mahir Mədətov, 52, Urfan Abbasov, 68 (avtoqol)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əli Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Naxçıvan Muxtar Respublika stadionu
Oxşar xəbərlər
"Qarabağ" 20-ci titulunu qazandı
"Qarabağ" "qızıl dubl" etdi - Azərbaycan Kuboku
“İnter” - “Qarabağ” oyununu kim idarə edəcək?
"Kəpəz" və "Zirə" məğlub oldu
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası