reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" və "Zirə" məğlub oldu


Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin oyunlarına start verilib. Sportfm.az xəbər verir ki, əvvəlki mərhələdən fərqli olaraq, bu dəfə cütün qalibi 2 oyunun nəticəsinə əsasən müəyyənləşəcək. 
Günün ilk oyunu Qəbələdə keçirilir. Eyniadlı komanda Premyer Liqanın autsayderi AZAL-ı sınağa çəkir. Çempionatda AZAL səfərində 2 xal itirən "Qəbələ”, bu dəfə "təyyarəçilər” üzərində qələbə qazanmağa çalışacaq. 
Çempionatda uğursuz çıxış edən "Neftçi” "Zirə”nin qonağı olacaq. Premyer Liqada bu komandaların mübarizəsindən Adil Şükürovun yetirmələri qalib ayrılıblar. 
Günün ən çox maraq doğuran matçlarından biri "İnter Arena”da oynanılacaq. "Bankirlər” "Kəpəz”i sınağa çəkəcək. 
Son 2 ildə kubokunun qalibi olan "Qarabağ” da yarımfinal mübarizəsində favoritdir. Ağdam klubu "Sumqayıt”la görüşdə cütün taleyini böyük ölçüdə ilk oyunda həll etməyə çalışacaq. 

Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
13 dekabr 

"Qəbələ" - AZAL - 2:1
Qollar: Mirzağa Hüseynpur, 37, (0:1), Filip Ozobiç, 61 (1:1), Ruslan Qurbanov, 74 (2:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu

"Zirə" - "Neftçi" 0:3
Qollar: Jonas Pesalli, 44; 58; 63
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

"İnter" - "Kəpəz" 2:0
Qollar: Rauf Əliyev, 58; Nizami Hacıyev, 61
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
"İnter Arena" 

"Qarabağ" - "Sumqayıt" 6:0
 
Qollar: Almeyda, 25-pen. Dino Ndlovu, 34-pen. Coşğun Diniyev, 40, Mahir Mədətov, 64, Namiq Ələsgərov, 67, Mahir Mədətov, 78 (6:0)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
"Azersun Arena"

Qeyd edək ki, 1/4 finalın cavab oyunları dekabrın 21-də keçiriləcək. 

Oxşar xəbərlər

Diniyev Sumqayıta gedir
Qalmaqallı hakim "Kəpəz"in oyununda
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Topaz Premyer Liqası: XI turun təyinatları
Topaz Premyer Liqası: II turun təyinatları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər