reklam
Ulduz futbolçu karyerasını bitirir -
Sportfm.az xəbər saytı

Ulduz futbolçu karyerasını bitirir -32 yaşında


"Real"dan ayrıldıqdan sonra klubsuz olan Eden Azar karyerasını ilə bağlı yekun qərarı verməyə hazırlaşır.

Sportfm.az xəbər verir ki, 32 yaşlı vinger karyerasını başa vurmağı planlaşdırır. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

Belçika millisinin sabiq üzvü transfer pöncərəsi zamanı bir neçə klubla danışıq aparsa da, onu qane edən təklif olmayıb. Təcrübəli oyunçu buna görə də vida qərarı verməyi düşünür.

Qeyd edək ki, Eden Azar "Tubize" klubunun yetirməsidir. O, karyerası ərzində "Lill", "Çelsi" və "Real"da çıxış edib. Ulduz futbolçu Belçika yığmasının heyətində keçirdiyi 126 rəsmi matçda 33 qol vurub.

Oxşar xəbərlər

Daha bir türk futbolçu Ərəbistana yollanır
18 yaşlı Yoro üçün 60 milyon avro
Hazard karyerasını başa vurdu - 32 yaşında
Məşq prosesində futbolçunun ayağı qırıldı
“Qalatasaray”ın sabiq üzvü karyerasını başa vurur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər