Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi transfer etdi
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Sportfm.az xəbər verir ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək əyalət təmsilçisi braziliyalı Vanderson Kavalkante Melo ilə anlaşıb.
Tibbi müayinədən keçən 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Futbolçunun sonuncu klubu Odessa “Çernomorets”i olub. Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.
Vanderson müqavilə imzaladıqdan sonra təəssüratlarını klubun rəsmi saytına bölüşüb: “İlk dəfədir ki, Azərbaycanda oluram. Burada çoxlu həmyerlilərim çıxış edir. Biz də “Araz-Naxçıvan”a uğur qazandırmaq üçün gəlmişik. Nəticələrimizin yaxşı olması üçün çalışacağıq. Dəvət etdiklərinə və kluba keçidimə köməklik göstərdiyinə görə, rəhbərliyə və menecerimə təşəkkür edirəm”.
Qeyd edək ki, "Araz-Naxçıvan" bu gün portuqaliyalı hücumçu Nuno Miguel Rodriguesin transferini də açıqlayıb.

Oxşar xəbərlər
"Araz-Naxçıvan" oyunçusu ilə müqaviləni uzatdı
Fransa millisinin keçmiş üzvü "Araz-Naxçıvan"da - Transfer
“Dinamo”nun sabiq futbolçusu “Araz-Naxçıvan”da - TRANSFER
"Araz Naxçıvan"dan 5-ci legioner - TRANSFER
"Araz-Naxçıvan"da legioner futbolçu - TRANSFER
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin