reklam
Güləşçimiz qızlı medal qazandı -
Sportfm.az xəbər saytı

Güləşçimiz qızlı medal qazandı -Reytinq turniri


Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.
Sportfm.az xəbər verir ki, yarışın 3-cü günündə iki yunan-Roma güləşçimiz mübarizə aparıb.
Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində iranlı Omid Aramiyə 1:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşdə iştirak hüququ qazanan güləşçimiz qazaxıstanlı Aybek Sabirbekovla (10:1) macarıstanlı Erik Torbaya (8:0) qalib gəlib. Nihat bürünc medal uğrunda qarşılaşmada isə isveçli Vircil Bikaya heç bir şans tanımayıb – 10:0.

Murad Məmmədov (63 kq) moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuya (9:0), amerikalı Xavyer Consona (13:3) və litvalı Justas Petraviçyusa (5:1) qalib gələrək finala yüksəlib. Məmmədov həlledici görüşdə koreyalı Jinvunq Junqu 5:1 hesabıyla üstələyərək turnirin qalibi olub.

Qeyd edək ki, Eldəniz Əzizli (55 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.

Oxşar xəbərlər

Güləşçimiz reytinq turnirini uddu
Güləşçimiz bürünc qazandı
İki güləşçimiz finalda, ikisi bürünc qazandı - Dünya çempionatı
Millimiz turnirin qalibi oldu
Yeniyetmə güləşçilərdən 4 bürünc medal - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər