Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı idmançı həbs edildi - ağır qərar
Kütləvi etirazlara görə molla rejiminin həbs etdiyi azərbaycanlı idmançı barədə ağır həbs qərarı çıxarılıb.
Sportfm.az xəbər verir ki,
İran rejiminin Ali Məhkəməsi 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı həbs edilən azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadə barədə çıxarılan 6 il həbs və 10 il sürgün qərarını təsdiq edib.
Səhəndin vəkili Hamid Əhmədinin yaydığı məlumata görə, çıxarılan qərar İran Məhkəməsinin Hökmlərin İcrası İdarəsinə göndərildiyi üçün ondan şikayət vermək mümkün olmayacaq.
Qeyd edək ki, Səhənd Nurməhəmmədzadı 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib və dekabrın 3-də barəsində edam hökmü çıxarılıb.
26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılıb. Molla rejimi belə sadə ittiham üçün gəncə ölüm hökmü çıxarmışdı.
Qərara qarşı ciddi və geniş etirazlardan sonra ölüm hökmü 6 il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzası ilə dəyişdirilib.
Sportfm.az xəbər verir ki,
İran rejiminin Ali Məhkəməsi 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı həbs edilən azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadə barədə çıxarılan 6 il həbs və 10 il sürgün qərarını təsdiq edib.Səhəndin vəkili Hamid Əhmədinin yaydığı məlumata görə, çıxarılan qərar İran Məhkəməsinin Hökmlərin İcrası İdarəsinə göndərildiyi üçün ondan şikayət vermək mümkün olmayacaq.
Qeyd edək ki, Səhənd Nurməhəmmədzadı 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib və dekabrın 3-də barəsində edam hökmü çıxarılıb.
26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılıb. Molla rejimi belə sadə ittiham üçün gəncə ölüm hökmü çıxarmışdı.
Qərara qarşı ciddi və geniş etirazlardan sonra ölüm hökmü 6 il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzası ilə dəyişdirilib.
Oxşar xəbərlər
Bu məşhur idmançının günahı sübut olunarsa, 20 illik həbs olunacaq
Arda Turan barədə həbs qərarı verildi - İspaniyada
Azərbaycan klubunun futbolçusu edam olunacaq - ŞOK
Hakan Şükürün atasını neçə il həbs cəzası gözləyir?
Azərbaycanda tanınmış idmançı həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası