Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Növbəti mövsümün topları -FOTO
2023/2024 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq topların adları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, qurumla klublar arasındakı razılaşmaya əsasən, qarşıdakı mövsümdə Premyer Liqa və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin təsis etdiyi DÇ-2022-nin rəsmi topu olan “Al Rihla”dan yararlanacaqlar.
Bu, dünya çempionatı tarixində ekoloji cəhətdən təmiz, su əsaslı boya və yapışqanla hazırlanmış ilk futbol topudur.
1-ci və 2-ci liqalarda çıxış edəcək klubların istifadəsinə isə başqa toplar veriləcək. Bu komandaların üzvləri “Adidas Tiro Pro”nu “qovacaqlar”. “Adidas Tiro Pro” ən yüksək FİFA reytinqli ənənəvi 32 lövhəli dizayna malik futbol topudur. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.

Oxşar xəbərlər
Azərbaycan liqalarında bu toplardan istifadə ediləcək
Azərbaycanda 2024/2025 mövsümünün topları - FOTO
AÇ-2024-də yeni texnologiyalı toplar olacaq
"Adidas"la 33 milyonluq müqavilə
“Xan-Lənkəran” Birinci Liqada çıxış edəcək!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin