Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Şamaxı" Cavid Hüseynovu və 7 futbolçunu göndərdi -Ayrılıq
“Şamaxı”nın rəhbərliyi ilə məşqçilər heyəti arasında iclas keçirilib.
Sportfm.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda 2023/24 mövsümünün planları, klubun strategiyası müzakirə edilib. Alınan qərara əsasən məşqçilər - Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynov ilə klub rəhbərliyi arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Qapıçılar üzrə məşqçi Anar Niftəliyev isə mövsüm başa çatdıqdan sonra karyerasını başqa klubda davam etdirmək istədiyini bildirdiyindən onunla qarşılıqlı razılaşma ilə müqaviləsinə xitam verilib.
Klub rəhbərliyi tərəfindən müqaviləsi davam edən baş məşqçi Vüqar Əsgərliyə yeni məşqçi heyəti formalaşdırılması tapşırılıb.
Eyni zamanda, futbolçulardan Elvin Məmmədovun, Amil Yunanovun, Rauf Hüseynlinin, Kamal Mirzəyevin və Tapdıq Əhmədovun müqavilə müddətləri, Nihad Quliyevin isə icarə müddəti başa çatdığından komandadan ayrılıblar.
“Şamaxı”da icarə əsasında oynayan Cəlal Hüseynov da komandadan ayrılıb. O, karyerasını Bolqarıstanın “Arda” klubunda davam etdirəcək.

Oxşar xəbərlər
"Şamaxı" məşqçilər heyətini göndərdi
Cavid Hüseynov "Turan"dan ayrıldı, "Səbail"ə gəlir - Təyinat
"Neftçi" Regekampfu göndərdi - RƏSMİ
Məmmədovun köməkçiləri məlum oldu
“Zirə”də baş məşqçi dəyişikliyi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heç kim AFFA ilə çalışmaq istəmir - Həşimov da düşünmək üçün vaxt istədi - EKSKLÜZİV
-
Anatoli Nuriyev əvəzedici komandada çıxış edəcək
-
Qurban Qurbanov Almeyda ilə belə vidalaşdı - FOTO
-
AFFA “Sabah” – “Turan Tovuz” matçının mübahisəli epizodlarını şərh etdi
-
Millimiz Xorvatiyada təlim-məşq toplanışına başladı
-
"Qarabağ" - "Səbail" - START HEYƏTLƏR