reklam
“Zirə”də baş məşqçi dəyişikliyi
Sportfm.az xəbər saytı

“Zirə”də baş məşqçi dəyişikliyi


"Zirə” rəhbərliyi və baş məşqçi Adil Şükürovun iştirakı ilə klubdaxili iclas keçirilib.
 
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müzakirələr nəticəsində Premyer Liqanın ilk iki dövrəsi və Azərbaycan Kuboku uğrunda yarışda qeydə alınan nəticələr nəzərə alınaraq, komandada məşqçi dəyişikliyinin olması haqda qərar qəbul edilib. Qarşılıqlı razılaşma əsasında Adil Şükürov baş məşqçi vəzifəsindən ayrılıb. Premyer Liqada hazırki gərgin vəziyyət nəzərə alınaraq, bu vəzifə mövsümün sonuna qədər komandanı yaxından tanıyan, klub strategiyasına bələd olan Ayxan Abbasova həvalə olunub. Ötən mövsüm əsas komandada məşqçi olan Ayxan Abbasov cari mövsümün əvvəlindən əvəzedici komandasının baş məşqçi vəzifəsində çalışıb. Klub rəhbərliyi mövsümün sonunda əldə olunacaq nəticələrə əsasən, baş məşqçi məsələsinə yenidən baxacaq.
 
Adil Şükürov bundan sonra da "Zirə"də fəaliyyətini davam etdirəcək. Klub rəhbərliyi bu dəyişiklikdən sonra da Adil Şükürovun xidmətindən yararlanmaq niyyətindədir. Belə ki, mütəxəssis bundan sonra Akademiyanın koordinatoru vəzifəsində çalışacaq. 

Oxşar xəbərlər

Adil Şükürovun köməkçiləri bilindi
"Şamaxı" Cavid Hüseynovu və 7 futbolçunu göndərdi - Ayrılıq
"Zirə"də yeni məşqçi
Adil Şükürov: "Bu, məni də narahat edirdi"
“Qartallar” Türkiyəyə yola düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər