reklam
Cüdo millimiz Qran-prini 3 medalla başa vurdu
Sportfm.az xəbər saytı

Cüdo millimiz Qran-prini 3 medalla başa vurdu


Azərbaycan cüdo millisi Avstriyanın Linz şəhərində keçirilən Qran-pri turnirini 3 medalla başa vurub.

Sportfm.az xəbər verir ki, yarışa 12 idmançı ilə yollanan komanda 2 gümüş, 1 bürünc medalla kifayətlənib.

Son gündə 90 kq çəki dərəcəsində iki cüdoçu mübarizəyə qoşulub. Elcan Hacıyev ilk görüşünə 1/16 finalda çıxıb və belçikalı Karel Fubertə məğlub olub.

Murad Fətiyev də yarışa 1/16 finaldan qoşulub. 24 yaşlı idmançı ispaniyalı Daniel Trinidaddan güclü olsa da, növbəti raundda büdrəyib. Fətiyev Avstriya təmsilçisi Tomas Şarfetterə uduzub.

Qeyd edək ki, Qran-prinin ilk iki günündə Kamran Süleymanov (66 kq) və Rəşid Məmmədəliyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal əldə ediblər.

 

Oxşar xəbərlər

Cüdoçumuzdan gümüş medal - Qran-pri
Üç cüdoçusu mübarizəyə başlayır - Qran-pri
Millimizin Qran-pri üçün heyəti açıqlandı
14 cüdoçumuz Qran-pridə
Kəramət Hüseynov yeni çəkidə yarışacaq - Qran-Pri turniri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər