reklam
Kəramət Hüseynov yeni çəkidə yarışacaq -
Sportfm.az xəbər saytı

Kəramət Hüseynov yeni çəkidə yarışacaq -Qran-Pri turniri


25-27 mayda Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, yarışda Azərbaycanın 14 (9 kişi, 5 qadın) cüdoçusunun iştirakı planlaşdırılır.

60 kq çəkidə dünya və Avropa çempionatlarının bürünc medalçısı olan Kəramət Hüseynov yeni çəki dərəcəsində - 66 kq-da qüvvəsini sınayacaq.

Kişilər: Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov, Kəramət Hüseynov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Murad Fətiyev (hər ikisi 90 kq).

Qadınlar: Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq).

Qeyd edək ki, Qran-Pridə 69 ölkədən 450-dən çox idmançının iştirakı gözlənilir.

Oxşar xəbərlər

Cüdo millimizin “Böyük Dəbilqə” üçün heyəti - SİYAHI
Qran-pridə iştirak edəcək Azərbaycan cüdoçuları - SİYAHI
Millimizin Qran-pri üçün heyəti açıqlandı
14 cüdoçumuz Qran-pridə
Cüdoçularımız “Böyük dəbilqə”də iştirak edəcək - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər