7 oyunçu futboldan uzaqlaşdırıldı -Qərar
AFFA İntizam Komitəsi 1-ci divizionda danışılmış oyunlarda iştirak edən futbolçuları cəzalandrıb.
Onlardan 6 nəfəri 2 il müddətinə (1 il 6 ay şərti olmaqla), 1 nəfər isə ömürlük futboldan kənarlaşdırılıb. Bu futbolçuların hamısı Mərkəzi Ordu İdman Klubundakı fəaliyyəti zamanı qanun pozuntusuna yol veriblər.
Sportfm.az xəbər verir ki, qurumun bu gün keçirilən iclasında müvafiq qərarlar verilib.
Qərara əsasən, I Divizionda MOİK klubunda çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, eləcə də bu komandada çıxış etmiş Qabil Sabirli, Fərman Bayramovun (hazırda “Araz Naxçıvan”ın qapıçısıdır) danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulub.
Samir Hüseynov isə danışılmış oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən oyunlarda stadiona daxil olmağı qadağan edilib.
Qeyd edək ki, 1 il 6 ay şərti cəza alan oyunçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər.
Oxşar xəbərlər
Fəhmin Muradbəyli ömürlük futboldan uzaqlaşdırıldı - Qərar
2 futbolçuya ömürlük cəza - Qərar
Danışılmış oyunlara görə 10 nəfər futboldan uzaqlaşdırıldı
İki oyunçu danışılmış oyunlara görə futboldan kənarlaşdırıldı
AFFA 2 klubu çempionatdan kənarlaşdırdı, hakimə ömürlük cəza verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa
-
"Neftçi" 6 illik seriyaya son qoydu, "Sabah" vaxtından əvvəl...
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası