İki oyunçu danışılmış oyunlara görə futboldan kənarlaşdırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.
Sportfm.az xəbər verir ki, toplantı I Divizionda çıxış edən “Ağsu” klubunun bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar təşkil olunub. AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.
Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.
AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Oxşar xəbərlər
İntizam Komitəsinin qərarı - Abbasov ömürlük futboldan uzaqlaşdırıldı
AFFA-dan növbəti uzaqlaşdırma qərarı
Danışılmış oyunlara görə 10 nəfər futboldan uzaqlaşdırıldı
ŞOK - AFFA 25 nəfəri futboldan uzaqlaşdırdı
AFFA-da danışılmış oyunlar barədə görüş keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcək
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
“DH Volley” mübarizəyə başlayır - Çelenc Kuboku














Misli Premyer Liqası