Pelenin məzarı ziyarətə açıldı -FOTO
Braziliyalı əsanəvi futbolçu Pelenin dəfn edildiyi, Santos şəhərindəki "Memorial Necropole Ecumenica" məzarlığının birinci mərtəbəsi ziyarətçilərin üzünə açılıb.
Sportfm.az xəbər verir ki, 14 mərtəbəli məzarlığın ilk mərtəbəsində keçmiş hücumçunun məqbərəsi, həmçinin onun futbolçu karyerası zamanında çıxış etdiyi "Santos"un, Braziliya millisinin və "Nyu York Kosmos"un formaları yer alır.
Pelenin oğlu Edinyo atasının məzarlığının ziyarətə açılması haqda danışıb: "Hələ də çox məyusuq. Onun üçün çox darıxırıq. Ancaq atama qarşı sevgi və hörməti görəndə qürur duyuruq".
Edinyo atasının məzarlığının böyük sevgi ilə hazırlandığını deyib: "Bu, ailəmiz üçün unudulmaz bir andır. Kral burada əbədi olaraq xatırlanacaq".
Məzarlıq saat 09:00-dan 12:00-dək, 14:00-dan 18:00-dək ziyarətçilər üçün açıq olacaq.
Qeyd edək ki, Pele 2022-ci ildə, 82 yaşında dünyasını dəyişib.

Oxşar xəbərlər
Pele dəfn olundu - FOTO
Pele ilə bağlı istək - FIFA-dan
Pelenin dəfn olunacağı tarix bilindi
Neymar Pelenin cavabını verdi
Dünya futbolunun ulduzunun oğlu həbs olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası