reklam
Dünya futbolunun ulduzunun oğlu həbs olundu
Sportfm.az xəbər saytı

Dünya futbolunun ulduzunun oğlu həbs olundu


Braziliya futbolunun canlı əfsanəsi Pelenin oğlu Edinyo həbs olunaraq, ağır cəzaya məruz qalıb.
 
Sportfm.az xəbər verir ki, yerli məhkəmə orqanları Edinonun narkotik maddə qaçaqçılığı və çirkli pulların "yuyulması” ilə məşğul olması səbəbindən onu 33 il həbsə məhkum edib.
 
Lakin daha sonra bu cəza 12 ilə endirilib. Pele isə hadisə ilə bağlı heç bir şərh verməyib.
 
Qeyd edək ki, Edino futbolçu karyerasının bitirdikdən sonra atasının keçmiş klubu "Santos"da qapıçı məşqçiliyi və köməkçi məşqçi kimi çalışıb. O, 2005-ci ildə ilk dəfə həbs ediləndə narkotik maddə aludəçisi olduğunu etiraf etmiş, ancaq satışı ilə məşğul olmadığını bildirmişdi.

Oxşar xəbərlər

Braziliya futbolunun əfsanəsi dünyasını dəyişdi - 92 yaşında
Millinin sabiq futbolçusu həbs olundu - Narkotikə görə
Gənc futbolçu həbs edildi - Narkotikə görə
Yığmanın sabiq üzvünə 11 il həbs
Məşhur modelin başı dərddə - həbs edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər