reklam
“Turan Tovuz” 4 futbolçusu ilə yeni müqavilə imzaladı
Sportfm.az xəbər saytı

“Turan Tovuz” 4 futbolçusu ilə yeni müqavilə imzaladı


“Turan Tovuz” 4 futbolçusu ilə yeni müqavilə imzalayıb.

Sportfm.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib.

42 yaşlı mütəxəssis qapıçılar Tərlan Əhmədli, Kamal Bayramov, müdafiəçi Şəhriyar Əliyev və yarımmüdafiəçi Ayxan Quseynovla mövsümün sonuna qədər olan sözləşmə müddətinin birillik uzadıldığını açıqlayıb.

Daha əvvəl moldovalı müdafiəçi Denis Marandiçi yeni 1 illik sazişə qol çəkmişdi.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada mövsümün sonuna iki tur qalmış 38 xalla 6-cı pillədə qərarlaşıb.

 

Oxşar xəbərlər

"Turan Tovuz"da 2 yeni müqavilə
"Turan Tovuz"da daha bir müqavilə
Ayxan Abbasovla yeni müqavilə imzalandı
"Turan Tovuz"dan 9-cu transfer
"Neftçi"dən "Turan Tovuz"a - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər