Avrokuboklarda komanda sayı artdı
Türkiyə 2024/25 mövsümündən Avropa kuboklarında 5 komanda ilə təmsil olunacaq.
Sportfm.az xəbər verir ki, qeyd edilən mövsümdə bu ölkə UEFA-nın klub reytinqində 12-ci pillədə yer alacaq. Bu, dünən gecə “Bazel”in Konfrans Liqasının yarımfinalında “Fiorentina”ya uduzmasından sonra bəlli olub. Onların mübarizəni dayandırması səbəbindən İsveçrənin reytinqdə Türkiyəni keçə bilməyəcəyi qətiləşib.
Beləliklə, 2024/25 mövsümündən başlayaraq, Türkiyə Avropa kuboklarında 2-si Çempionlar Liqasında olmaqla 5 komanda ilə yarışacaq. Onlar yarışa aşağı qeyd olunan mərhələdən başlayacaqlar:
Superliqanın qalibi: Çempionlar Liqasının pley-off mərhələsindən
Superliqanın ikincisi: ÇL-in 2-ci mərhələsindən
Superliqanın üçüncüsü: Avropa Liqasının 3-cü mərhələsindən
Superliqanın dördüncüsü: Konfrans Liqasının 2-ci mərhələsindən
Türkiyə kubokunun qalibi: Avropa Liqasının pley-off mərhələsindən
2023/24 mövsümündə isə Türkiyə cari mövsümdə olduğu kimi Avropa kuboklarına 4 komanda (ÇL-də 1 komanda) ilə qatılacaq.
Oxşar xəbərlər
İspanlar uddu, "Qarabağ"ın şansı gətirdi
UEFA-dan VAR-la bağlı yeni qərar - Açıqlama
Türkiyə UEFA reytinqində 8 pillə irəlilədi
Kubokun qalibi mübarizəyə Avroliqanın 1-ci mərhələsindən başlayacaq
Avropa Liqasına yolumuzu nə bağlayacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO














Misli Premyer Liqası