reklam
Türkiyə UEFA reytinqində 8 pillə irəlilədi
Sportfm.az xəbər saytı

Türkiyə UEFA reytinqində 8 pillə irəlilədi


Türkiyə klubları bu mövsüm üçün Avropa kuboklarında mübarizəni başa vurublar.

Sportfm.az xəbər verir ki, "Fənərbaxça" Avropa Liqasının, "Başakşehir" və "Sivasspor" isə Konfrans Liqasının 1/8 final mərhələlərində uduzaraq çıxışlarını dayandırmalı olublar.

"NTV Spor"un saytının yazdığına görə, bu mövsüm Türkiyə qitəmiqyaslı yarışlara reytinqdə 20-ci yerdən başlayıb və 8 pillə irəliləyərək 12-ci pilləyə yüksəlib. Reytinqdə 13-ci pillədə olan "Bazel" mübarizəni davam etdirdiyindən növbəti turlarda Türkiyə ilə İsveçrə arasında yerdəyişmə mümkündür. Bununla belə,  Türkiyə hər iki şərtdə 2024/25 mövsümünə UEFA turnirlərinə 5 komanda göndərəcək. Onlardan 2-si Çempionlar Liqası, 1-i Avropa Liqası, 2-si isə Konfrans Liqasında yarışacaq. 

Türkiyənin ÇL-in qrupuna birbaşa iştirakı üçün ölkənin UEFA reytinqində ilk onluğa girməsi lazım idi. Amma hər üç komandanın uduzması ilə qardaş onlar bu şansı itiriblər.

Qeyd edək ki, Türkiyə 2022/23 mövsümündə Avropa kuboklarında 5 komanda ilə iştirak edib.

Oxşar xəbərlər

Azərbaycan UEFA reytinqində irəlilədi
Voleybolçularımız dünya və Avropa reytinqində irəlilədi
Avrokuboklarda komanda sayı artdı
Avrokubok oyunlarını göstərəcək kanallar
Premyer Liqamız UEFA-nın reytinq cədvəlində 16 pillə irəlilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər