Kubokun qalibi mübarizəyə Avroliqanın 1-ci mərhələsindən başlayacaq
2020/2021 mövsümündə avrokuboklarda iştirak edəcək komandaların ölkələr üzrə bölgüsü açıqlanıb.
Sportfm.az xəbər verir ki, yeni mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların mübarizəyə hansı mərhələdən başlayacağı da müəyyənləşib. Belə ki, Premyer Liqanın qalibi olan komanda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən, 2-ci və 3-cü yerin sahibləri isə Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlayacaq.
Azərbaycan kubokunun qalibi də Avroliqada 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Ötən il kubokun sahibi olan “Qəbələ” mübarizəyə 2-ci təsnifat mərhələsindən başlamışdı. Azərbaycan UEFA-dakı reytinqdə gerilədiyi üçün artıq kubokun qalibi də Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
2018-ci ilin yayında UEFA-nın reytinqində 23-cü yerdə olan Azərbaycan, indi 3 pillə geriləyərək, 26-cıdır.
Oxşar xəbərlər
Avrokuboklarda komanda sayı artdı
Avropa Liqasına yolumuzu nə bağlayacaq?
"Çelsi" türklərə kömək etdi
Avrokuboklara kimlərlə gedirik?
"Zirə"nin səsi Avropadan gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası