Bir zamanlar o ulduz idi, indi isə....HƏYAT DƏRSİ
Sərxan Rauf oğlu Əhmədov - bəlkədə hazırda bu ad sizlərə heçnə demir, amma bir zamanlar bu adın sahibi Azərbaycan cüdosunun ən parlaq simalarından biri olub.
Sərxan 60 kq çəki dərəcəsində üçqat Avropa çempionu və dünya çempionatının üçüncüsüdür. O, 1991-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Sərxan Nizami rayonunda yerləşən 277 nömrəli orta məktəbin məzunudur. 2008 -ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub.
Yaşıdlarından həmişə qeyri-adi istedadı və bacarığı ilə fərqlənən Sərxan cüdo ilə 10 yaşından məşğul olmağa başlayıb. Onun fərdi məşqçisi Rəşad Həsənov idi. 13 yaşında Azərbaycan çempionatında ilk qələbəsini qazanan Əhmədov həddindən artıq cəldliyi ilə yaşıdlarından fərqlənirdi.
Sərxan həmçinin 2007-ci ildə 49 ölkənin iştirakı ilə keçirilən Avropa Olimpiya festivalında I yeri tutub. 2009-cu ildə Tayvanda 135 ölkənin iştirakı ilə keçirilən dünya çempionatında üçüncü yeri tutmuşdur. İştirak etdiyi bütün yarışlarda öz texnikası, əzmkarlığı və cəldliyi ilə Sərxan Əhmədov gələcəkdə olimpiada qızılını qazanmağa namizəd idmançılardan biri hesab olunurdu.

Azərbaycanın cüdo yığma komandası 2009-cu ildə Bakı İdman Sarayında keçirilən kişi cüdoçular arasında dünya kuboku uğrunda turniri birinci yerdə başa vurmuşdu. Həmin yığmada 66 kq-da güləşən və gümüş medal qazana Sərxan Əhmədov da vardı. Amma təəssüflər olsun ki, daha sonra əhatəsini düzgün seçə bilməyən, böyük potensiala malik Sərxan cüdodan gedib. Uzun müddət məşqçilərin onu geriyə qaytarmaq istəyi də baş tutmayıb. Hazırda 32 yaşlı sabiq idmançının harda olması haqqında məlumat yoxdur. Yeganə informasiya ondan ibarətdir ki, Əhmədov pis vərdişlərə qurşanıb və tüfeyli həyat tərzi sürür.
Oxşar xəbərlər
Jurnalistlər AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşdü - FOTO
İki qardaşdan biri uduzdu, biri uddu - Dünya çempionatı
Sərxan Hacıyevə beynəlxalq təyinat
Sərxan Məmmədov Zaqrebdə gümüş medala yiyələndi
"Şahdağ"dan "Şəmkir"ə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası