reklam
İki qardaşdan biri uduzdu, biri uddu -
Sportfm.az xəbər saytı

İki qardaşdan biri uduzdu, biri uddu -Dünya çempionatı


Azərbaycan boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünü keçirib.

Sportfm.az xəbər verir ki, 71 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançının rəqibi yaponiyalı Yuta Akiyama olub. 

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Sərxan Əliyev qardaşı Tayfur Əliyevdən fərqli olaraq, adını 1/4 finala yazdırıb. Onun növbəti mərhələdəki rəqibi ABŞ təmsilçisi Obed Barti olacaq. 

Beləliklə, bu gün rinqə çıxan Azərbaycanın 4 boksçusundan 3-ü 1/8 final səddini adlamağı bacarıb. Daha əvvəl Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (92 kq) 1/4 finala yüksəlib. Noyabrın 1-də daha 2 boksçu 1/4 finala vəsiqə uğrunda döyüşə çıxacaq. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə, Mirşərif Kazımzadə (75 kq) özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşacaq.

Oxşar xəbərlər

2 boksçumuz medalı təmin etdi - Dünya çempionatı
Azərbaycan boksçusu 1/8 finalda uduzdu - Uğursuzluq
Boksçularımız mərhələ adladı - Dünya çempionatı
Boksçularımız mübarizəyə başlayır - Dünya çempionatı
Millimizin heyəti açıqlandı - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər