AFFA-dan UEFA-ya müraciət -Xüsusi diqqət və həssaslıq tələb etdi
Son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, UEFA Avropa Liqası turnirinin play-off mərhələsi çərçivəsində oktyabrın 1-də, Polşanın paytaxtı Varşava şəhərindəki “Wojska Polskiego” stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyunu ilə əlaqədar AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanıb.
Sportfm.az xəbər verir ki, müraciətdə UEFA Avropa Liqası turnirinin qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılaraq bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.
Oxşar xəbərlər
"Qarabağ" UEFA-ya müraciət etdi - Avropa Liqası
UEFA-dan “Qarabağ”ın matçına xüsusi təyinat
AFFA erməni təxribatı ilə bağlı bəyanat yaydı
AFFA rəsmisi “Qalatasaray” – “Porto” oyununda
Sərxan Hacıyevə beynəlxalq təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası