Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Belarus çempionunun titulu əlindən alındı -Qızıl və gümüşdən məhrum oldu
“Şaxtyor” (Soliqorsk) və "Energetik BGU" komandaları danışılmış oyunlara görə Belarus çempionatının qızıl və gümüş medallarından məhrum ediliblər.
Sportfm.az xəbər verir ki, yerli federasiya iki klubu danışılmış oyunlarda iştiraka görə cəzalandırıb.
Beləliklə, BATE çempionatın qalibi olub. Minsk "Dinamo"su ikinci, "İsloç" isə üçüncü yeri tutub.
Bundan əlavə, "Belşina" klubu da eyni səbəbdən sanksiyaya məruz qalıb. Hər üç klub cərimə ilə də üzləşib.
Qeyd edək ki, komandalar üç iş günü ərzində qərarla bağlı Apellyasiya Komitəsinə şikayət edə bilərlər.
Oxşar xəbərlər
Bu komanda 3 il dalbadal çempion oldu - FOTO
"Şaxtyor" çempion oldu - ardıcıl 2-ci dəfə
Yığmamızın rəqibinin heyəti bilindi - SİYAHI
UEFA onları 10 il avrokuboklardan qovdu
Bölgə komandası ardıcıl 12-ci çempionluğunu qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası