200-dən çox azarkeş yaralandı -Çempionluq şənliyində
"Napoli" azarkeşlərinin A seriyası çempionluğunu qeyd etdiyi zaman yüzlərlə insan yaralanıb.
Sportfm.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumatın yayıb. Bayramı gecəsində 203 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara müraciət edib.
4 nəfər güllə yarası alıb. Bundan əlavə, bıçaq yaraları, atəşfəşanlıq nəticəsində yaranan yanıq yaraları, əzaların və burun çəpərlərinin sınığı, çiyinlərinin yerindən çıxması, atəşfəşanlıq və fişənglərin partlaması nəticəsində gözlərin zədələnməsi, yıxılma nəticəsində qançırlar, kəllə-beyin travmaları alan, panik tutmalar və astmatik status yaşayan şəxslər var. Bir nəfər isə yüksək dozada kokain qəbulu səbəbindən xəstəxanaya yerləşdirilib.
Daha əvvəl 1 azarkeşin parad nəticəsində öldüyü bildirilmişdi.
Oxşar xəbərlər
Stadiona ildırım düşdü - 4 ölü, 5 yaralı
Futbol matçında 1 oyunçu öldü, 6 nəfər xəsarət aldı - Dəhşətli hadisə
Erməni təxribatları nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər yaralanıb
Stadionda qanlı olay - 4 nəfər öldü, 10 nəfər yaralandı
Futbol klubunun avtobusu qəzaya uğradı - 4 nəfər həlak oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin



.png)









Misli Premyer Liqası