reklam
Avarçəkənlər Mingəçevirdə yarışacaqlar -
Sportfm.az xəbər saytı

Avarçəkənlər Mingəçevirdə yarışacaqlar -“Prezident Kuboku-2023”


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında bu gün ikinci günə start veriləcək.

Sportfm.az xəbər verir ki, yarışın bu mərhələsi Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

İkinci gündə oğlanlar və qızlar arasında kayak və kanoe qayığı ilə 500, 1500 və 2000 metr məsafəyə yarışlar olacaq.

Qeyd edək ki, mayın 7-dək davam edəcək reqataya Suqovuşanda start verilib. Yarışda 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayır. Reqatanın mükafatlandırma və bağlanış mərasimi Bakıda keçiriləcək.

Oxşar xəbərlər

20 ölkənin idmançıları Suqovuşana gəlir - Reqata
“Prezident Kuboku-2023” - İlk qaliblər məlum oldu
“Prezident kuboku-2022” turnirinin açılışı oldu - FOTO
“Prezident kuboku-2022”-nin rəsmi paradı oldu - FOTO
“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər