reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin futbolçusu 100-ə çatdı -Misli Premyer Liqası


Murad Musayev “Qəbələ”də 100-cü oyununu keçirib.

Sportfm.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib. “Səbail”lə ev matçı (4:2) arxa xətt oyunçusunun “qırmızı-qaralar”ın heyətində 100-cü sınağı olub. Murad bu qarşılaşmalarda 3 qola imza atıb.

Müdafiəçinin “Qəbələ”dəki debütü 2012/13 mövsümündə gerçəkləşib. O, 2012-ci il avqustun 10-da Premyer Liqanın “İnter”lə görüşündə (1:0) şans qazanıb. Musayev ümumilikdə ölkə çempionatında 87, kubokda 12, avrokuboklarda 1 matçın iştirakçısı olub. Onun bütün qolları Premyer Liqaya təsadüf edib.

Müdafiəçi “Qəbələ”nin tarixinə 100 və daha çox oyun keçirən 13-cü futbolçu kimi düşüb. Bu göstəricidə rekord Urfan Abbasova məxsusdur. O, “qırmızı-qara” formada 263 matça çıxıb.

Xatırladaq ki, “Səbail”lə qarşılaşma “Qəbələ”nin Premyer Liqada 500-cü oyunu olub.

Oxşar xəbərlər

Qismət 150-yə çatdı
İordaniyalının Azərbaycanda 50-ci oyunu
Ülvi üçün yubiley matçı
Muradov “100”ə çatdı
"Qəbələ"nin legioneri 50-ci oyununa çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər