reklam
Muradov “100”ə çatdı
Sportfm.az xəbər saytı

Muradov “100”ə çatdı


Rövlan Muradov “Qəbələ”də 100-cü oyununu keçirib.

Sportfm.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 19-cu turuna təsadüf edib.

O, “Kəpəz”lə səfər qarşılaşmasının 56-cı dəqiqəsində meydana daxil olub. Muradov klub tarixinə 100 və daha çox matç keçirən 11-ci futbolçu kimi düşüb.

Rövlan bu görüşlərdə 12 qol vurub. O, Premyer Liqada 85 (10 qol), kubokda 12 (1 qol), avrokuboklarda 3 (1 qol) dəfə meydana çıxıb.

Xatırladaq ki, Muradov yetirməsi olduğu “Qəbələ”də 2019-cu il mayın 11-də debüt edib. Onun ilk rəsmi matçı Premyer Liqada “Sumqayıt”a qarşı olub.

Oxşar xəbərlər

Qismət 150-yə çatdı
"Qəbələ"nin futbolçusu 100-ə çatdı - Misli Premyer Liqası
İordaniyalının Azərbaycanda 50-ci oyunu
Ülvi üçün yubiley matçı
"Zirə"nin heyətində 80-ci oyun

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər