Taekvondoçumuz gümüş medal qazandı -Klublararası Avropa çempionatı
Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə klublararası Avropa çempionatında ilk medalını rəsmiləşdirib.
Sportfm.az xəbər verir ki, "Alpman" klubunun üzvü Səlimə Quliyeva fəxri kürsüyə yüksəlib.
Gənclərin mübarizəsində 42 kq çəki dərəcəsində dayanq üzərinə çıxan idmançı 1/8 finalda britaniyalı Gina Beynə (“Horizon” Taekvondo Akademiyası) 2:0 hesabı ilə qalib gəlib. O, ardınca eyni hesabla Almaniyanın “TVBB Elit” klubundan Stefani Nikolayevanı məğlub edib.
Quliyeva yarımfinalda Vasiliki Papadopoulounu (“Açilleas Egaleo”, Yunanıstan) eyni hesabla yenib. Taekvondoçu finalda Mixalina Vrobellə (Polşa klubu) üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Quliyeva ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, yarış aprelin 30-da yekunlaşacaq.
Oxşar xəbərlər
Belqradda 2 medal
Rusiyada ilk gün uğurlu oldu - 4 medal
Taekvandoçumuz Avropa çempionu oldu - UĞUR
Taekvondoçumuz İslamiadada bürünc medal Qazandı
Taekvondo yığmamız Universiadanı 5 medalla başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası