Taekvandoçumuz Avropa çempionu oldu -UĞUR
Albaniyanın paytaxtı Tiranada keçirilən taekvando üzrə U-21 Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, Azərbaycan taekvondoçusu Səyyad Dadaşov (54 kq) yarışda qızıl medal qazanıb. İdmançımız ilk görüşdə Artyom Bulavkanı (Moldova) 2:0 hesabı ilə məğlub edib. Ardınca Relya İvkoviçə (Serbiya) də eyni hesabla qalib gələn Dadaşov 1/8 finalda Haktan Can (Türkiyə) üzərində də inamlı qələbə qazanıb – 2:0.
Növbəti görüşündə Tedi Likometini (Albaniya, 2:0) mübarizədən kənarlaşdıran taekvondoçu yarımfinalda Ebrahim Marvan (İsveç) ilə döyüşməli olsa da, rəqib zədə səbəbindən dayanq üzərinə çıxmayıb və Dadaşov finala yüksəlib.
Həlledici qarşılaşmada təmsilçimiz Milan Milllaya (Niderland) 2:1 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər idmançımız Eltac Qafarov (74 kq) bürünc medala sahib çıxıb. O, ardıcıl olaraq Ege Şaşmaztin (Türkiyə, 2:0), Xesus Serrano (İspaniya, 2:0) və Çarai Flouskounisa (Yunanıstan, 2:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qafarov finala gedən yolda Stefan Takovla (Serbiya) üz-üzə gəlib. Rəqibinə 0:2 hesabı ilə uduzan idmançı bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa çempionatına sentyabrın 30-da yekun vurulacaq.
Oxşar xəbərlər
Rusiyada ilk gün uğurlu oldu - 4 medal
Maltada daha 2 medal - Avropa Birinciliyi
İdmançımız Avropa ikincisi oldu
Güləşçilərimiz Avropa çempionu oldu - FOTO
Taekvondo yığmamız Universiadanı 5 medalla başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası