reklam
Bərabərliksiz yarımfinal -
Sportfm.az xəbər saytı

Bərabərliksiz yarımfinal -Ölkə Kuboku


Azərbaycan Kubokunda yarımfinal mərhələsi başa çatıb. Keçirilən 4 oyunda heç-heçə qeydə alınmayıb. “Neftçi” və “Turan Tovuz”un duellərində tərəflər evdə (0:1, 2:0) qalib gəlibsə, “Qəbələ” “Səbail”i hər iki matçda (3:2, 1:0) məğlub edib.
Sportfm.az PFL-ə istinadən xəbər verir ki, kubok qazanmağa iddialı komandaların mübarizə apardığı yarımfinalda heç-heçənin olmaması son 14 mövsümdə ilk dəfə qeydə alınır. Belə hadisə sonuncu dəfə 2008/09 mövsümündə yaşanıb.
Həmin vaxt “Qarabağ” “Bakı”nı iki dəfə məğlub edib (2:1, 2:1), “İnter”lə “Qəbələ” isə ev oyunlarında (5:0, 0:2) qalib gəlib. Sonrakı mövsümlərdə yarımfinalda ən azı bir matç sülhlə tamamlanıb.
Qeyd edək ki, koronavirus pandemiyası üzündən yarımçıq qalan 2019/20 mövsümündə yarımfinal cütləri müəyyənləşsə də, qarşılaşmalar baş tutmayıb.

 

Oxşar xəbərlər

Azərbaycanda son 10 ilin azarkeş rekordu - 12600 tamaşaçı
Azərbaycan kubokunda rekord
Tarixdə 3-cü dəfə
Ardıcıl 4-cü yarımfinal: "Qarabağ"la 52-ci oyun
"Neftçi" 3 il yarım bu anı gözlədi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər