reklam
Premyer Liqada oynayacaq ikinci komanda müəyyənləşdi
Sportfm.az xəbər saytı

Premyer Liqada oynayacaq ikinci komanda müəyyənləşdi


Yeni mövsüm İngiltərə Premyer Liqasında oynamaq hüququ qazanan ikinci komanda da müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu, "Şeffild Yunayted"dir. Komanda Çempionşipin 38-ci turunun təxirə salınmış matçında "Vest Bromviç"ə 2:0 hesabı ilə qalib gəlib. Bununla da komanda yarışın bitməsinə 2 tur qalmış 2-ci pilləni rəsmiləşdirib. "Şeffild Yunayted" "Bernli"dən sonra elitaya vəsiqə qazanan 2-ci komanda olub.

 

Qeyd edək ki, Premyer Liqaya yüksələcək sonuncu komanda pley-off üsulu ilə müəyyənləşəcək. Çempionatda bu mövsümü 3, 4, 5 və 6-cı yerdə başa vuran klublar arasında mübarizədən qalib ayrılan komanda Premyer Liqaya yüksələcək. İndiyə kimi “Luton” və “Midlsbro” pley-offa vəsiqə qazanıb. 

Oxşar xəbərlər

Bu komanda Premyer Liqaya yüksəldi
23 ildən sonra Premyer Liqaya qayıtdılar
"Vest Bromviç" elitaya qayıtdı - İngiltərə
"Lids Yunayted" qayıtdı - 16 il sonra
Daha iki çempionat vaxtındən əvvəl bitdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər