reklam
Klassik avtomobillərin sərgisi və yürüşü təşkil ediləcək -
Sportfm.az xəbər saytı

Klassik avtomobillərin sərgisi və yürüşü təşkil ediləcək -Formula 1


Azərbaycan Avtomobil Federasiyası (AAF) "Formula 1" Azərbaycan qran-prisi çərçivəsində klassik avtomobillərin sərgisi və yürüşünü təşkil edəcək.

Sportfm.az xəbər verir ki, sərgi və yürüş aprelin 28-30 tarixlərində baş tutacaq.

"Formula 1"in fan zonasında keçirilən sərgidə müxtəlif illərə aid klassik avtomobillər nümayiş etdiriləcək.

"Formula 1" günlərinə rəng qatacaq daha bir tədbir aprelin 29-da Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında keçiriləcək Bakı Kartinq Turniri olacaq. Turnirdə 10-16 yaş arasında 12 pilot iki mərhələdə - kvalifikasiya və final mərhələlərində bacarıqlarını sınayacaqlar. Finalda qalib gələnlər müxtəlif hədiyyə və sertifikatlar ilə mükafatlandırılacaqlar.

AAF-ın avtomobil həvəskarlarına daha bir sürprizi aprelin 30-a təsadüf edəcək. Belə ki, "Formula 1"in yarış halqasında (trek) böyük maraqla qarşılanan klassik avtomobillərin yürüşü təşkil olunacaq. Yürüşdə 30-a yaxın klassik avtomobil iştirak edəcək.

Oxşar xəbərlər

Klassik avtomobillərin sərgisi keçirilir - FOTO
Sınaq testləri Barselonada təşkil olunacaq - Formula 1
"Formula 1" üzrə daha iki Qran-pri təxirə salınacaq
Qran-Pri zamanı “F1 Revival” sərgisi keçiriləcək
Formula 2 üzrə birinci yarışın qalibləri müəyyənləşdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər