reklam
“Neftçi” finalda! -
Sportfm.az xəbər saytı

“Neftçi” finalda! -Azərbaycan Kuboku


Bu gün Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarına start verilib.

Sportfm.az xəbər verir ki, ilk matç günündə 1 görüş keçirilib. "Neftçi" "Turan Tovuz"u qəbul edib.  İlk qarşılaşmada 0:1 hesabı ilə uduzan Bakı klubu cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Komanda bərabərlik qolunu 90+3-də, qələbə qolunu isə 90+8-ci dəqiqədə vurub.

 

Qeyd edək ki, matçın gedişatında “Neftçi”nin vurduğu iki qol VAR qərarı ilə ləğv olunub.

Sabah isə "Səbail" - "Qəbələ" oyunu keçiriləcək.

Əlavə edək ki, Azərbaycan kubokunun finalı iyunun 3-ü oynanılacaq.

26 aprel

20:00. "Neftçi" - "Turan Tovuz"  - 2:0 

Qol: Emin Mahmudov, 90+3, Sayef, 90+8

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov
“Bakcell Arena”
İlk oyun - 0:1

27 aprel

20:00. "Səbail" - "Qəbələ"
"ASCO Arena"
İlk oyun - 2:3

Oxşar xəbərlər

Kubokun ikinci finalçısı "Qəbələ" oldu - VİDEO
Cavab oyunları üçün hakim təyinatları - Azərbaycan Kuboku
“Neftçi” finala çıxa biləcəkmi? - Ölkə Kuboku
"Turan Tovuz" "Neftçi"yə qalib gəldi - ÖLKƏ KUBOKU
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər