reklam
Bakıda keçiriləcək oyunları bir milyard tamaşaçı izləyəcək!
Sportfm.az xəbər saytı

Bakıda keçiriləcək oyunları bir milyard tamaşaçı izləyəcək!


IV İslam Həmrəyliyi Oyunları 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. Əllidən çox ölkədə yayımlanacaq yarışları ümumilikdə bir milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.

Sportfm.az xəbər verir ki, bu barədə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında məlumat verilib.

İclasda bildirilib ki, Oyunlarda 57 ölkəni təmsil edən üç mindən çox idmançının iştirakı nəzərdə tutulur. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar.

Oxşar xəbərlər

İslam Oyunlarının açılış mərasimi - FOTO
Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək
İslamiadada iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Bakıdadır
Nazir: "İslam Həmrəyliyi Oyunlarında təhlükəsizlik ən yüksək səviyyədə təmin olunacaq"
Birinci vitse-prezident Mehriban Əliyeva: "Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir" - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər