reklam
İslam Oyunlarının açılış mərasimi - FOTO
Sportfm.az xəbər saytı

İslam Oyunlarının açılış mərasimi - FOTO


Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Bir müddət sonra Bakı Olimpiya Stadionunda Oyunların rəsmi açılış mərasimi keçirilib.

Bakı Olimpiya Stadionunda keçirilən mərasimdə Azərbaycan və İslam mədəniyyəti tərənnüm edilib, idmançıların paradı və atəşfəşanlıq olub.

Sportfm.az xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. İndidən tam əminliklə demək olar ki, Bakıda keçiriləcək Oyunlar İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.

Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.

İdmanın 24 növü üzrə keçiriləcək yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Türkiyə 337 idmançı ilə birinci yeri tutur. Qaliblərə ümumilikdə 1600 medal təqdim ediləcək.

IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib.

Oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən çox bilet satışa çıxarılıb. Açılış və bağlanış mərasimlərinin təşkilində 31 müxtəlif ölkədən 5 mindən çox əməkdaş fəaliyyət göstərir. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə olunacaq. "Bakı-2017"nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. Rəsmi talismanlar - "İncə" və "Cəsur" Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir.

Dörd əsas dəyər - "Birlik", "Sülh", "Hörmət", "Mükəmməllik" dəyərləri üzərində qurulan Oyunlar "Gücümüz həmrəylikdədir" devizi altında keçirilir.

Oxşar xəbərlər

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək
Bakıda keçiriləcək oyunları bir milyard tamaşaçı izləyəcək!
"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına nə qədər bilet satılıb?
Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının medalları təqdim edildi
"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının V iclası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər