reklam
Futbolçular azarkeşlərin bilet pulunu geri qaytaracaq -
Sportfm.az xəbər saytı

Futbolçular azarkeşlərin bilet pulunu geri qaytaracaq -Məğlubiyyətə görə


İngiltərə Premyer Liqasının 31-ci turunda "Nyukasl"a 1:6 hesabı ilə məğlub olan "Tottenhem"in futbolçuları azarkeşlərin bilet pulunu geri qaytaracaq.

Sportfm.az xəbər verir ki, bununla bağlı klubun rəsmi saytında futbolçuların adından açıqlama paylaşılıb:

"Komanda olaraq məyusluğunuzu və qəzəbinizi başa düşürük. Bilirik ki, belə vəziyyətlərdə sözlər kifayət etmir, amma inanın ki, hər məğlubiyyət bizi incidir. Həm evdə, həm də səfərdə dəstəyinizə görə minnətdarıq. Bununla əlaqədar olaraq, azarkeşlərə "Sent Ceyms Park"da keçirilən matçın biletlərinin pulunu geri qaytarmaq istərdik.

Bilirik ki, bu, bazar günü baş verənləri dəyişməyəcək. Dəstəyiniz bizim üçün yenidən hər şey demək olacaq. Cümə axşamı "Mançester Yunayted"lə qarşılaşmada işləri düzəltmək üçün əlimizdən gələni edəcəyik. Yalnız birlikdə irəliləyə bilərik".

Oxşar xəbərlər

Bilet ala bilməyənlərin pulları geri qaytarılacaq? - AÇIQLAMA
"Qarabağ" azarkeşlərə pulsuz avtobus ayırdı - Yenə
Azarkeşlər "Dalğa Arena"ya ödənişsiz gedəcəklər
"Arsenal" və "Çelsi" final matçının 6 min biletini geri qaytaracaq
"Yunis müəllim Gəncə üçün doğma insandı" - "Kəpəz"in üzvü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər