reklam
UEFA-dan ciddi ittiham
Sportfm.az xəbər saytı

UEFA-dan ciddi ittiham


UEFA "Liverpul”un futbolçusu Mamadu Sakoya görə yaranan problemdə VADA-nı ittiham edib.
Sportfm.az xəbər verir ki, Sakonun orqanizmində xiqenamin maddəsi aşkarlanmışdı. Buna görə də futbolçu 2015/2016 mövsümündə Avropa Liqasının yarımfinal və finalında "Vilyarreal” və "Sevilya”ya qarşı keçirilən oyunları buraxmalı olmuşdu. Bundan əlavə, Sako 30 gün müddətinə futboldan uzaqlaşdırılmışdı.

Ancaq sonradan məlum olub ki, xiqenamin qadağan olunmuş preparatlar sırasında deyil və futbolçu günahsız yerə cəzalanıb.

UEFA bu məsələdə VADA-nın günahkar olduğunu bildirib. Həmin hadisədən sonra "Liveprul”un baş məşqçisi klubla məsləhətləşmədən preparat qəbul etdiyi üçün Sakonun xidmətindən imtina etmişdi.

Hazırda Mamadu Sako icarə əsasında "Kristal Pelas”da çıxış edir.

Oxşar xəbərlər

UEFA saxta sübutlara görə ittiham olunur
WADA təzminat ödəyəcək - 14,5 milyon avro
Qanında kokain aşkarlanan futbolçu oynaya bilməyək
UEFA "Liverpul" və "Sevilya"nı cərimələdi
Klopp futbolçunu qovdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər