“Neftçi” tender elan etdi
“Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edir.
Sportfm.az xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qambay Vəzirov küçəsi, 2 a ünvanında yerləşən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Neftçi Futbol Akademiyası”nın inzibati binasının ümumi tikinti işləri ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edilir.
2 mərtəbə və 1 zirzəmidən ibarət, ümumi sahəsi 1637.4 kv.m. olan layihədə tikinti işlərinin tamamlanması, fasad işləri, daxil bəzək işləri, havalandırma və isitmə-soyutma sistemi, qazanxana və istilik şəbəkəsi, kommunikasiya sistemi (su, qaz, elektrik və s.), təhlükəsizlik sistemi (yanğın, müşahidə və s.), elektrik avadanlığı və texnikası, həmçinin mebelləşdirmə kimi işlər nəzərdə tutulub.
Açıq tenderlə əlaqədar olaraq, ətraflı məlumatı və müraciət formasını “Neftçi” PFK-nın rəsmi saytında əldə edə bilərsiz.
Oxşar xəbərlər
Gəncə şəhər stadionu üçün tender elan edildi
AFFA Gəncə stadionu ilə bağlı tender elan etdi
Gəncədə Futbol Akademiyası inşa ediləcək - Tender elan olundu
AFFA-dan yemək tenderi
AFFA tender elan etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO














Misli Premyer Liqası