"Neftçi" "Qəbələ"yə uduzdu -Misli Premyer Liqası
Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Zirə" "Səbail"i qəbul edib. Meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.
Bu, "Zirə"nin 5 tur sonra ilk qələbəsi olub. Komanda sonuncu dəfə 24-cü turda "Turan Tovuz"a qalib gəlib.
Digər oyunda isə "Neftçi" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. Bu oyunda "Qəbələ" 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turun digər matçları 15 və 16 aprel tarixlərində keçiriləcəklər.
Misli Premyer Liqası, 30-cu tur
14 aprel (cümə)
20:00. "Neftçi" - "Qəbələ" - 1:2
Qollar: Ramon Maçado, 13 (0:1), İsnik Alimi, 24-pen. (0:2), Emin Mahmudov 61-pen. (1:2)
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
"Bakcell Arena".
Oxşar xəbərlər
Gəncə klubunun "Zirə" sınağı - Misli Premyer Liqası
"Qəbələ" 4 qolla qalib gəldi - VİDEO
"Zirə" 5 tur sonra qələbə qazandı - Misli Premyer Liqası
"Zirə" "Səbail"ə, "Neftçi" "Qəbələ"yə qarşı - Misli Premyer Liqası
"Neftçi" "Turan Tovuz"a qalib gəldi - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası