"Zirə" 5 tur sonra qələbə qazandı -Misli Premyer Liqası
Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. Əvvəlcə "Zirə" "Səbail"i qəbul edib. Meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.
Bu, "Zirə"nin 5 tur sonra ilk qələbəsi olub. Komanda sonuncu dəfə 24-cü turda "Turan Tovuz"a qalib gəlib.
Digər oyunda isə "Neftçi" doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq. Bu oyun saat 20:00-da start götürəcək.
Qeyd edək ki, turun digər matçları 15 və 16 aprel tarixlərində keçiriləcəklər.
Misli Premyer Liqası, 30-cu tur
14 aprel (cümə)
17:30. "Zirə" - "Səbail" - 3:1
Qollar: Vladislav Kulaç, 52 (1:0), Rüstəm Əhmədzadə, 69 (2:0), Eldar Quliyev, 90+1 (3:0), Qoba Zakpa, 90+7
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
Oxşar xəbərlər
“Turan Tovuz” “Sumqayıt”a qarşı - Misli Premyer Liqası
"Zirə" "Qəbələ"ni məğlub etdi - Misli Premyer Liqası
"Sabah" bu dəfə uduzdu - Misli Premyer Liqası
"Neftçi" "Qəbələ"yə uduzdu - Misli Premyer Liqası
"Zirə" "Səbail"ə, "Neftçi" "Qəbələ"yə qarşı - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası