"Mançester Siti"nin yeni rekordçu -Kevin De Brüyne
İngiltərə Premyer Liqasının 30-cu turunda keçirilən “Sauthempton”la səfər oyunu “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, belçikalı futbolçu komandasının səfərdə qazandığı 4:1 hesablı qələbədə bir məhsuldar ötürmə ilə yadda qalıb.
O, “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasında 100 məhsuldar ötürmə edən ilk futbolçu olub. .
Ümumilikdə İngiltərə Premyer Liqasında bu göstəricidə rekord Sesk Fabreqasa məxsusdur – 111 ötürmə. Sonrakı pillələrdə Ueyn Runi (103), Frenk Lempard (102) və Rayan Giqqz (102) qərarlaşıb.
De Brüyne isə İngiltərə çempionatında 100 məhsuldar ötürmə səddinə ən tez çatan futbolçu olub. 31 yaşlı yarımmüdafiəçi bunu 237 matçda rəsmiləşdirib. Fabreqas 100 ötürmə həddinə 293, Giqqz 367, Runi 445, Lempard isə 559-cu matçında çatıb.
Oxşar xəbərlər
Mövsümün ən yaxşı futbolçusu - Premyer Liqa
“Mançester Siti”dən yeni rekord - 10 qalibiyyət
“Mançester Siti”də iki rekord birdən - 21-ci turda
Erik Kantonanı yalnız buraxmadı - Tarixə düşdü
Frenk Lempard rəsmən "Çelsi"də - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası