reklam
“Zirə”nin futbolçuları meydana çıxmadılar
Sportfm.az xəbər saytı

“Zirə”nin futbolçuları meydana çıxmadılar


“Zirə”nin legionerləri Toni Qomeslə İssa Cibrilla Afrika Millətlər Kubokunda məğlubiyyətə üzülüblər.

Sportfm.az xəbər verir ki, Toninin formasını geyindiyi Qvineya-Bisau yığması evdə Nigeriyaya 0:1 hesabıyla uduzub.

İssanın komandası - Niger millisi də Əlcəzairə doğma meydanda eyni hesabla məğlub olub.

Hər iki futbolçu milli komandanın oyununu sonadək ehtiyat oyunçular skamyasından izləyib. 

A qrupunda yer alan Qvineya-Bisau 4 turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb. Niger yığması isə F qrupunda 2 xalla 3-cüdür.

Oxşar xəbərlər

Güclü rəqibi məğlub etməkdə kömək etdi
Legionerlərə milli dəvət
Salah Misirə qələbə qazandırdı - Afrika Millətlər Kuboku
“Neftçi”nin legioneri yığmada qol vurdu - DÇ-2022
Kamerun qələbə ilə başladı - Afrika Millətlər Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər