“Ümid edirəm ki, burada adaptasiyam rahat və tez keçəcək" -Tovuza gələn panamalı
“Azərbaycan haqqında məlumatım var idi. Bu ölkəyə gəldiyim, burada olduğum üçün şadam. Çox çalışıb komandama kömək edəcəm” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un yeni transferi Roderik Miller deyib.
31 yaşlı panamalı müdafiəçi Azərbaycan klubuna keçidindən danışıb: “Ümid edirəm ki, burada adaptasiyam rahat və tez keçəcək. Çünki komandama kömək etmək istəyirəm. Hazırlıq durumum heç də pis deyil. Oynaya, “Turan Tovuz”a kömək edə bilərəm. Uyğunlaşma problemini tez həll etmək niyyətindəyəm ki, komandamın yanında olum”.
Miller Azərbaycan barədə belçikalı bir dostundan məlumat aldığını deyib: “Azərbaycan çempionatı haqqında belçikalı bir dostumdan məlumat almışdım. O, rəqabətli bir çempionat olduğunu dedi. Mən də çox istədim ki, bura gəlim”.
Oxşar xəbərlər
“Turan Tovuz”un futbolçusu Yamaykaya qarşı oynadı
"Turan Tovuz"un yeni transferinin müqavilə şərtləri
“Turan”da panamalı futbolçu - Yeni transfer
"Arzum bura gəlmək idi" - “Səbail”in yeni transferi
"Yalnız "Qarabağ"da oynayacam" - Ailton Silva
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qalatasaray" - "Fənərbaxça" 2:1 - VİDEO
-
“Səbail” “Zirə”yə, “Qəbələ” “Mingəçevir”ə qarşı - Azərbaycan kuboku
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
Millimiz İnkişaf Turnirini qələbə ilə bitirdi














Misli Premyer Liqası