reklam
Sportfm.az xəbər saytı

"Arzum bura gəlmək idi" -“Səbail”in yeni transferi


“Səbail”in yeni transferi Nikolas Hagen ESPN-ə açıqlama verib.

Sportfm.az xəbər verir ki, qvatemalalı qolkiper “Səbail”ə keçidindən danışıb:

“Bir neçə ay davam edən danışıqlardan, videoları izlədikdən sonra məni inandırdılar ki, Azərbaycanda məşqçilər futbolçuları çox sevir. Nəhayət, istəyimi gerçəkləşdirdim. Arzum bura gəlmək, oyunlar keçirmək və çox istədiyim xəyalı yaşamaq idi. Mənim üçün pul önəmli deyil. Axtardığım amil inkişaf etmək, daha yaxşı olmaqdır. 

Özümü göstərə biləcəyim, futbol haqqında daha çox şey öyrənəcəyim bir layihə axtarırdım. Təkcə futbolçu olaraq deyil, həm də, bir insan olaraq böyümək, inkişaf etmək istəyirəm. Ümid edirəm ki, bunu burada bacara bilərəm. Azərbaycanda mövsüm yeni başlayıb. Gördüyüm qədər sürətli futbol oynamağa və topu saxlamağa üstünlük verirlər. Ən az səhv edən qalib gəlir. Ölkəmin adını yüksəltmək üçün daha çox çalışacağam”.

Oxşar xəbərlər

“Ümid edirəm ki, burada adaptasiyam rahat və tez keçəcək" - Tovuza gələn panamalı
"Yüksək performans sərgiləmək isəyirəm" - Nikolas Hagen
Hagen "Səbail"ə keçidindən danışdı - "Daha çox inkişaf edəcəm"
"Uğurlu çıxışımı davam etdirəcəyəm" - "Səbail"in legioneri
"Azərbaycan mənim üçün yeni təcrübə olacaq" - Bilal Hamdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər