Boksçumuz dünya çempionatında tarix yazdı -UĞUR
Azərbaycan boksçusu Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Sportfm.az xəbər verir ki, +81 kq çəkidə çıxış edən milli üzvü 1/4 finalda Selin Li-Lonu (Yeni Zelandiya) mübarizədən kənarlaşdırıb.
Hər 3 raundu xeyrinə bitirən Avropa çempionatının finalçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Rzayeva yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib.
O, bununla da adını Azərbaycanın qadın boks tarixinə yazdırıb. Mundiallarda indiyədək yerli idmançımız bu mərhələyədək irəliləmədiyindən Aynur ilki rəsmiləşdirib. Həmçinin dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığımızdan 9 illik uğursuz seriyaya da son qoyub.
Boksçumuz yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.
Oxşar xəbərlər
İki boksçumuz yarımfinalında - Dünya çempionatı
Azərbaycan boksçusu dünya çempionatını bürünc medalla başa vurub
Azərbaycanlı boksçuların ilk rəqibləri bilindi - Dünya çempionatı
Azərbaycanlı boksçu yarımfinalda - Beynəlxalq turnir
Boksçularımız yarımfinalda - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası